RU
Şəmkirdə ağır qəza: 1 ölü, 1 yaralı
13:22
470

Şəmkirdə ağır qəza: 1 ölü, 1 yaralı

Şəmkirdə ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.

7News.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə,  dünən saat 18 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində rayon sakini Babək Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Elşad Namazov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ