RU
Şəmkirdə ağır qəza: Ölən var - YENİLƏNİB
14:30
447

Şəmkirdə ağır qəza: Ölən var - YENİLƏNİB

Gəncə-Şəmkir yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

DİN-dən 7news.Az-a verilən məlumata görə, Göygöl rayon Quşqara kəndində Şəmkir rayon Çinarlı kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Elşən Zakir oğlunun idarə etdiyi "VAZ 21011” markalı avtomobillə Gədəbəy rayonu Rüstəm Əliyev kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Günel Osman qızının idarə etdiyi "Mercedes 190” markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 21011”-in sürücüsünün həyat yoldaşı, Şəmkir rayonu Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızı aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb, onun ərinin sol ayağı qırılıb.

Faktla bağlı araşdırma aparılır.

30 iyun, 22:39

Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.

7news.Az-ın APA-ya istinadla verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində hərəkətdə olan "VAZ 21011”-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ