Şəmkirdə qəzada ölənlərin adları məlum olub.
iki minik avtomobilin toqquşması zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1936-cı il təvəllüdlü Əkəbərov Əli Tağı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əkbərova Gülvar Qoşqar qızı hadisə yerində ölüblər.
Qeyd edək ki qəzada ölənlər ər-arvaddır.
***
Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
7NEWS.Az xəbər verir ki, rayonun Yeni Həyat kəndi ərazisində "Mercedes" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2106" markalı maşında olan iki nəfər həlak olub. Onların şəxsiyyəti müəyyənləşdirilir.
7NEWS.Az








