Şəmkir rayonunun Şiştəpə kəndində yol-nəqliyyat hadisəsi olub.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiya vətəndaşı 2005-ci il təvəllüdlü Ayxan Nəbiyev və Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü Qəzənfər Aslanov xəsarət alıb.
Onlardan birinin vəziyyəti orta-ağır, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.








