Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Rayonun Yeni Həyat kəndində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı heykələ çırpılıb.
Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1997-ci il təvəllüdlü B.Quliyev, 1998-ci il təvəllüdlü C.İbrahimov və onun qardaşı, 2000-ci il təvəllüdlü U.İbrahimov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
7NEWS.Az







