Polis cinayətkarı hadisə yerində saxlayıb.
Şəmkirdə avtomobildən pul oğurlamaq istəyən şəxs saxlanılıb.
DİN-nin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, fevralın 25-də Şəmkir rayonunun 20 Yanvar küçəsində rayon sakini Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus “Mercedes” markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçıb.
Cinayətkar həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.
Şəmkir polisi araşdırmaya başlayıb.








