Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə gecə saatlarında rayonun Muxtariyyat kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Qasımov Elçin Zakir oğlu həmkəndlisi, 1986-cı il təvəllüdlü Hüseynov Emin Mədət oğlu ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və E.Qasımov E.Hüseynovu bıçaqlayıb. Yaralı təcili olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb./trend
7news.Az








