RU
Şəmkirdə dolu 10 kəndi işıqsız qoydu
12:01
1481

Şəmkirdə dolu 10 kəndi işıqsız qoydu

Ötən gün axşam saatlarından Şəmkirdə başlayan güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb, 10 kəndə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bu gün səhər saatlarından başlayaraq rayonun dağ kəndlərinə güclü dolu yağıb. Təxminən 10 dəqiqəyə yaxın davam edən dolunun diametri 3 sm-ə yaxın olub və xoşbəxtlikdən kənd sakinlərinə, evlərə, maşınlara ciddi ziyan dəyməyib. 

Rayon Fövqəladə Hallar Komissiyasından veirlən məlumata görə, küləyin təsiri nəticəsində elektrik verilişində yaranan qüsurlar aradan qaldırılıb və bütün kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub.

Ümumiyyətlə, bu il rayonun Çənlibel kəndinə bir neçə dəfə güclü dolu yağıb, təsərrüfatlara ciddi zərər dəyib./kepeztv

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ