Bu gün səhər saatlarında Şəmkir rayonunda partlayış səsləri eşidilib. Rayon sakinləri məlumatsız olduqları üçün narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.
"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hazırda Seyfəli poliqonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən təlim keçirilir.
Eyni zamanda, poliqonda işğaldan azad edilmiş ərazilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar təhlükəsiz şəkildə partladılaraq məhv edilir.
Partlayış səsləri də utilizasiya prosesi ilə bağlıdır.
7News.Az








