Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
7news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Dağ Tatarlı kəndində (rayon mərkəzindən 42 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.az








