RU
Şəmkirdə evə basqın edildi, yaşlı ər-arvad döyüldü -
21:03
1299

Şəmkirdə evə basqın edildi, yaşlı ər-arvad döyüldü -

Şəmkirin Qaracəmirli kəndində kriminal hadisələrin ardı-arası kəsilmir.

7news.az (Region TV) xəbər verir ki, inzibati binalarda və fərdi təsərrüfatlarda qeydə alınan müəmmalı yanğınlardan sonra naməlum şəxs oğurluğa cəhd zamanı ahıl yaşlı 2 nəfərə ağır bədən xəsarətləri yetirib.
Rayonunun Qaracəmirli kənd sakinləri, 79 yaşlı Qəzənfər Hacıyev və onun 73 yaşlı həyat yoldaşı Roza Hacıyeva naməlum şəxsin təcavüzünə məruz qalıblar. Hadisə gecə saat 2 radələrində Hacıyevlərə məxsus fermada baş verib. Naməlum şəxs fermaya qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd göstərib. Vəziyyətdən hali olan Qəzənfər Hacıyev oğurluğun qarşısını almaq istəyərkən naməlum şəxs ona ağır bədən xəsarətləri yetirib. Bu zaman kişinin səsinə həyat yoldaşı Roza Hacıyeva gəlib. "Qəhrəman" qadına da xəsarət yetirməkdən çəkinməyib.

Nəhayət Hacıyeva, zərərçəkənin qızı: "Atam mənə zəng etdi ki, bizi döyüblər qardaşlarına, qohumlara xəbər ver. Biz də hamıya xəbər verdik, atamı görəndə mən çox pis hala düşdüm".
Zərərçəkən Roza Hacıyevanın sözlərinə görə, onlara məxsus fermada bir neçə dəfə oğurluq hadisəsi baş verib.
Roza Hacıyeva, zərərçəkən şəxs: "Sən demə, bizə qənim kəsilən bu olub. Toyuğum-qazım qalmayıb. Nə bilim, qoca adamam heç gözləmirdim bu cür hadisə ilə üzləşim. İndi də həyat yoldaşımla məni bu günə saldı".

Qeyd edək ki, hər iki şəxs müxtəlif xəsarətlərlə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların həyatı təhlükədən xilas odluqlarını desələr də, müayinə və müalicələrin bir müddət davam edəcəyini bildirirlər.

Elşən Quliyev, həkim: "Onlar yaşlı insanlardır. Hər ikisində də çənə sümüyünün qapalı yerini dəyişən sınığı xəsarəti var. Qəzənfər Hacıyevdə başın əzilmiş yarası bədənin çoxsaylı əznikləri də var. Hal-hazırda şöbəyə qəbul olunub, stasionar müalicəyə cəlb olunublar".

Faktın kim tərəfindən törədilməsinə gəlincə, Şəmkir rayon Polis Şöbəsindən bildirirlər ki, ilkin istintaq əməliyyat tədbirləri öz bəhrəsini verib. Cinayətlə bağlı bir nəfər şübhəli şəxs də saxlanılıb. Ancaq istintaq sirri olduğundan həmin şəxsin kimliyi barədə məlumat verilməyib.

----------

17:32

Azərbaycanın Şəmkir rayonunun Qaracəmilli kəndində yaşlı kişi ilə qadının yaşadığı fermaya basqın olub.

APA-nın verdiyi məlumata görə, basqın edən şəxs ferma sahibi, 79 yaşlı Qəzənfər Hacıyevi və onun həyat yoldaşı, 73 yaşlı Roza Hacıyevanı döyərək müxtəlif bədən xəsarətləri yetirib. Xəsarət alanların qohumları bildirib ki, basqını kənd sakini, 19 yaşlı Ürfət adlı oğlan törədib. O, Q.Hacıyevin şəxsi təsərrüfatından heyvan satdığını öyrənib, oğurluq məqsədi ilə onun yaşadığı evə basqın edib. Ev sahibinin oyandığını bilən basqınçı yaşlı insanları döyüb, evdən içərisində 600 manat olan pulqabını aparıb. Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Q.Hacıyevin vəziyyətinin orta-ağır, R.Hazıcyevanın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, basqın edən şəxs saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır./regeon

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ