RU
Şəmkirdə faciə
13:15
1186

Şəmkirdə faciə

Bu gün səhər saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Kənd sakini, 27 yaşlı Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub. Bayramova hadisə yerindəcə dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ