RU
Şəmkirdə kişi qəbiristanlıqda intihar edib
19:40
399

Şəmkirdə kişi qəbiristanlıqda intihar edib

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
1973-cü il təvəllüdlü Zeynal Əliyar oğlu Məmmədov kəndin qəbiristanlığındakı çardaqdan özünü asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ