Şəmkirdə "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "VAZ" zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonunda fəaliyyət göstərən məktəblərdən birinin Eyvaz adlı (soyadı dəqiqləşdirilir -red) direktorudur.
Hadisə zamanı habelə daha bir nəfər - Xaqani (soyadı dəqiqləşdirilir - red) adlı şəxs xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (report)








