RU
Şəmkirdə qadın kimyəvi maddədən zəhərləndi
01:00
334

Şəmkirdə qadın kimyəvi maddədən zəhərləndi

Şəmkir rayon sakini kimyəvi maddədən zəhərlənib.

Rayonun Barlıbağ yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Naibə Allahverdiyeva kimyəvi maddədən zəhərlənmə əlaməti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın özünəməxsus əkin sahəsində həşəratlara qarşı mübarizə apararkən fosfor tərkibli kimyəvi maddədən zəhərlənib./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ