Şəmkirdə bıçaqlanma olub.
Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlamaqda şübhəli bilinir.
Zərərçəkmiş dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Əməliyyat edilən M.Allahverənovaın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
7News.Az








