RU
Şəmkirdə qonşular arasında dava olub, bir nəfər bıçaqlanıb
21:30
290

Şəmkirdə qonşular arasında dava olub, bir nəfər bıçaqlanıb

Şəmkir rayonunda qonşular arasında dava olub, bir nəfər bıçaqlanıb.

Hadisə rayonun "Yeni yol" adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, mübahisə zəminində, 1996-cı il təvəllüdlü C.Şahbazov qonşusu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs mübahisə zəminində C.Şahbazovun ata və anasına da yüngül xəsarətlər yetirib.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ