RU
Şəmkirdə restorandan qızıl təsbeh oğurlanıb
16:30
87

Şəmkirdə restorandan qızıl təsbeh oğurlanıb

Şəmkirdə restorandan qızıl təsbeh oğurlanıb.

Bu barədə 7News.Az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ