Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
7news.Az xəbər verir ki, yanğın rayonun Qapanlı kəndində birmərtəbəli dördotaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.Az








