Şəmkirdə yanğın baş verib.
Hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.
Kənd sakini Cəmilə Məmmədovaya məxsus evdə anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı hadisə yerində ev sahibinin meyti aşkarlanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
7NEWS.Az








