RU
Şəmkirdə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO
22:30
711

Şəmkirdə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO

Şəmkir rayonunda yol qəzası baş verib.

Qəza Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai” markalı minik maşını "Priora” markalı avtomobillə toqquşub. Qəza zamanı 2 nəfər 2002-ci il təvəllüdlü Abdulayev Xəlil və 1966-cı il təvəllüdlü Vəliyev Həşim yüngül xəsarət alıblar, onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ