61-ci “Eurovision” mahnı müsabiqəsinin başlamasına sayılı günlər qalıb.
7News.az-ın məlumatına görə, təmsilçimiz Səmra Rəhimlinin “Qloben-Arena”dakı məşqləri artıq başlayıb.
İfaçının məşq zamanı çəkilən fotoları yarışmanın rəsmi səhifəsində yerləşdirilib. Şəkillərdən göründüyü kimi Səmranı səhnədə rəqqaslar müşayiət edəcəklər.
Ölkəmizi “Miracle” mahnısı ilə təmsil edəcək S.Rəhimli mayın 10-da birinci yarımfinalda səhnəyə çıxacaq.
Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda keçirilən müsabiqənin ikinci yarımfinalı mayın 12-də, final isə 14-də baş tutacaq.