RU
“Sən kimsən, Arif Məmmədov?!”
12:25
3001

“Sən kimsən, Arif Məmmədov?!”

Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayevin eks-səfir Arif Məmmədova açıq məktubu

***
 
Bu həyatda xəyanətin hər cür prototipi, inhisalı var: “Kələntər dayı”, “Yalıncı”, “Qurd Cəbrayıl”.
Amma sən tam başqa tipsən, Arif Məmmədov. Ələ gəlməyən, ovucdan sıyrılan, çörəyi dizi üstündə “skotç”la belə qalmayan tip! Siyasəti diplomatiyasından qısır, diplomatiyası siyasətindən yarımçıq tip!
 
Müxalifətçi danışanda adama ağır gəlmir. Vallah ki, düz deyirəm – gəlmir. Hətta ani aqressiyaları, çaşqın emosiyaları belə başadüşüləndir. Zatən illərin uğursuzluğu özünü haralardasa, nədəsə kompensasiya etməli, uzaq paraleldən keçən “kölgə xətt” qismində də olsa biruzə verməlidir. Edir də. Verir də. Normaldır bu. Həqiqətən. Hakimiyyət isə öz yerində: söz sahibi, güc sahibi, nüfuz sahibi. Fəqət, bir də....sağ divarda müxalifətin, sol divarda iqtidarın əvəzinə “za vsex” vuran SİYASƏT YOSUNLARI var ha –  o kəslər ki, özündən deyən buqələmunun bütün nəsil - əcabətinə rəhmət oxutdurarlar – bax həmin kəslərin məqsədini, məramını, nə istədiyini anlamaq Elzanın şerlərini anlamaqdan çox – çox daha çətin, daha qəliz  məsələdir. Tam səmimi deyirəm. Ciddən.
 
Belələrinə məişətdə Gültəkin Hacıbəyli, rəsmi leksikonda Arif Məmmədov, el arasında isə deməyəcəm nə deyirlər...
 
***
 
Arif Məmmədov!
 
O gün “baş-ayaq” müsahibələrindən növbətisini verərək buyurmusan ki, “qiyamçı diplomatlar” əslində xalq fədailəridir. Oysa, bu məqamda ən azından 4-5 “beqafıl” sual adamı öz məngənəsinə qısnamadan keçmir: Bə insan! - son 15 - 20 ildə “pil”inizmi bitmişdi? Qeyrət, namus, təəssübkeşlik damarınızı trombmu tutmuşdu? Vətən eşqiniz tıxacamı düşmüşdü? Bəlkə təhtəlşüurunuzdakı “milli maraq” anlayışı öz hesabına məzuniyyət götürübmüş, biz indi xəbər tutmuşuq?! Ya da “fədai” sözünün baş hərfini “g” deyə ehmal etmisən, sadəcə pəltək dilin dolaşıb deyə belə alınıb, hə?!
 
Əgər milli maraqları satmaq, yad cibdə gəzmək, kiminsə quyruğu, buyruğu olmaq, yediyin qaba tüpürmək, erməni siyasətçi gəlib məmləkətimizdəki gözəllikdən danışırkən 20 illik Azərbaycan diplomatı olaraq öz ölkən haqda həqarətlər, iftiralar püskürmək fədailikdirsə, Allah xətrinə o zaman mənə nakişiliyin, ikiüzlülüyün, xəyanətin də tərifini ver. Barı aralarındakı fərqi bilim.  
 
Əgər bir reklam, bir pafos, bir saxta gözəgəlimlik xətrinə öz keçmişini danmaq, düşdüyün quyuya başqalarını da yuvarlamaq üçün əldən - ayaqdan getmək, “Azadlıq” adında üfunət qoxan mətbu orqanın, “most”u qaçan maşının əsas çarxına, diyircəyinə, lokomotivinə çevrilmək  qəhrəmanlıqdırsa,  o zaman lütfən mənə fərariliyin, qorxaqlığın, cəsarətsizliyin də “hikmət kodu”nu aç, barı məlumatım olsun.   
 
Arif Məmmədov!
 
Diplomat deyərkən ilk öncə ağıla 2 şey gəlir: Təmsilçi  və əl çantası
Dövlət sənə birincini rəva bildi, fəqət (məhz!) öz xarakterindən dolayı, xislət hicabı dönüb ikinci oldun. Açan açdı, dolduran doldurdu, gəzdirən gəzdirdi, bağlayan da bağladı.
 
Nə deyim. Yazıklar olsun! /musavat

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ