Yeni mövsümə adlı-sanlı oyunçuların transferləri ilə səs küy salan İstanbulun "Fənərbaxça" klubu, hücum xəttində olan çətinliklərin başlıca səbəbinin Hollandiyalı əfsanəvi hücumçu Robin Van Persi ilə bağlı olduğunu dilə gətirib.
7News.Az-ın məlumatına görə, transfer olunduğu ilk gündən gözlənilən oyunu göstərməyən uçan hollandiyalı, məşhur futbol mütəxssisi Alaattin Metin tərəfindən qınaq atəşinə tutulub.
Çin klubu tərəfindən 22 mln avroluq transfer təklifini rədd edən prezident Aziz Yıldırım, Robin Van Persinin də istəyini nəzərə alaraq, klubda qalmasını təmin edib. Bunun qarşılığında ulduz futbolçu gözəl oyunla azarkeşlərin rəğbətini qazanacağına söz verib.
"Rəqibdən qayıdan topları ala bilmir. Cəld olaraq hücuma çıxa bilmir. Son zərbələrin heç birini vura bilmir.Avropada yoxdur, Türkiyədə yoxdur. Bəs nə vaxt oynayacaqsan? “Fənərbaxçanı’nı çempion edəcəm deyirsən. Bu oyunla 61 dəqiqə ərzində boş qapıya top vura bilmirsən. Sənə bu yaraşır?" - deyə futbol mütəxəssisi Metin əsəbiləşib.








