RU
“Sən niyə özünə aid işlərlə məşğul olmursan?” – Elşən Musayevdən Zatulinə sərt cavab
12:05
222

“Sən niyə özünə aid işlərlə məşğul olmursan?” – Elşən Musayevdən Zatulinə sərt cavab


"Heç şübhəsiz ki, baş verən proseslərin alovlanmasında, erməni təxribatlarının davamında müəyyən stimulvericilərin rolu az deyildir və bu sırada Rusiya Dumasının rəsmi blankı ilə qondarma qurumun  rəhbərliyinə elə 14 gün öncə təbrik və təşviq məktubu göndərən deputat Zatulin də var.”

7NEWS.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib. 

"Bu - adını siyasətçi qoyan məxluq həmin məktubda erməni ünsürlərə açıq dəstək nümayiş etdirib, onlara öz müqəddəratını təyin etməklə bağlı məsləhətlər verib və ən sonda prosesə biganə qalmayan bütün insanların guya erməni qatillərinə dəstək verdiyini xatırladıb.

Əslində Zatulin ilk dəfə deyil belə davranır. Davranır və cavabını da alır. Amma məncə bu dəfə lap ağını çıxarıb və başından yekə fikirlər söyləyərək böyük insan ordusunun adından danışıb. Üstəlik, açıq təxribat təbliğatı aparıb, müharibə və münaqişə təhriki edib. Hərgah, adama deyən lazım ki, sənin ölkən də müharibə aparır, niyə özünlə, özününkülərlə baş qatmalı olduğun halda başqa işlərlə məşğulsan? Niyə sülh müqaviləsinin astanasında, ərəfəsində belə yaramaz işlər görürsən? Niyə qızışdırırsan, niyə prosesi alovlandırmağa çalışırsan, niyə o boyda Dumanın rəsmi blankı ilə rəsmiyyətdə heç zaman adı keçməyən qondarma quruma şanlı məktub ünvanlayırsan? Niyə özünü ermənidən daha artıq erməni kimi aparırsan? 

Bunu Rusiyanın hansısa sıradan bir politoloqu demir. Bunu deyən, həmin məktubu yazan deputatdır. Deputat isə görünən odur ki, ağlına deyil, artıq ağzına gələni danışır. Amma məqsədli danışır. Rahat danışır. Və bir daha altını çizərək vurğulayıram: Özünə və özlərinə aid olmayan mövzu haqda danışır. Ayrıca, həm də...rus sülhməramlısının qərarlaşdığı bölgədə qan və təxribat arzulayan, nifaqı təbliğ edən ritorika ilə, elementlərlə danışır.

Hesab edirəm ki, Zatulin ciddi bir şəkildə siyasi və ictimai qınağa tuş gəlməlidir. Bu təxribat aşiqinin cavabı ən sərt formada verilməlidir. Çünki ilana zəhər verən belə kərtənkələlərin hər cümləsi, hər sözü, hər fikri bəşəriyyət üçün də, sabitlik üçün də,  beynəlxalq hüququn realizəsi üçün də böyük təhlükədir” – deyə Partiya sədri fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ