RU
Səngəçalda qaz kəmərində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB
13:16
281

Səngəçalda qaz kəmərində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Bakıda qaz xəttində baş verən yanğın söndürülüb.

7news.Az-ın məlumatına görə, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

-----

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ