"Bakının Qaradağ rayonu ərazisində baş verən partlayışdan sonra mavi yanacağın verilişində məhdudiyyət yaranmayıb".
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib. Qurum rəsmisi bildirib ki, həmin ərazidə yaşayan sakinlərin qaz problemi yaşanmır.
Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verib.//azvision
7News.az








