“Sağ qolumdan qəlpə yarası almışam, hər şey qaydasındadır. Sağalan kimi yenidən yoldaşlarımla birgə səngərlərdə döyüşəcəyik”.
Bunu ötən gün Tərtər istiqamətində düşmənlə döyüş zamanı yaralanan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Elçin Ataxan oğlu Məmmədov deyib.
Elçin Məmmədov bildirib ki, qəlpə yarası o qədər də ciddi deyil və həkimlərin səyi nəticəsində özünü yaxşı hiss edir./hafta.az
7News.Az








