RU
Şentop Qaribaşvili ilə “Dinc Qonşuluq Təşəbbüsü” layihəsini müzakirə edib
22:20
917

Şentop Qaribaşvili ilə “Dinc Qonşuluq Təşəbbüsü” layihəsini müzakirə edib

Türkiyə parlamentinin sədri Mustafa Şentop Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

7NEWS.Az xəbər verir ki, görüş zamanı Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinə, eləcə də iqtisadi əlaqələrə diqqət yetirilib.
Söhbət zamanı qeyd olunub ki, mövcud regional layihələr Türkiyə və Gürcüstan arasında effektiv strateji tərəfdaşlığın bariz nümunəsidir.

Görüş zamanı regional məsələlər, eləcə də Gürcüstan Baş nazirinin "Dinc Qonşuluq Təşəbbüsü” layihəsi də müzakirə edilib. Bunun regional əlaqələrin normallaşması və dialoq baxımından vacib platforma olacağı vurğulanıb
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ