İlk on ekoloji təhlükəsiz və adaptasiya olunmuş avtobuslar Tbilisinin küçələrində sentyabrın axırında peyda olacaq.
7news.Az "Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bu barədə öz "Facebook” səhifəsində Tbilisi merinin müavini İrakli Lekvinadzeyazıb.
"Bəli, bunlar Tbilisi küçələrində olacaq! Sentyabrın axırında ilk onu, qalan 143-ü isə mərhələlərlə gətiriləcək”, - Lekvinadze yazıb.
Şirkət şərti Tbilisi avtoparkına 7 ay ərzində Avropa standartlarına uyğun 143 avtobusun alınması olan tenderdə qalib gəlib.
Yeni ictimai nəqliyyat məhdud fiziki imkanları olan şəxslərin istifadəsi üçün adaptasiya ediləcək. Uzunluğu 12 metr olan avtobuslar, CNG yanacağı – təbii qaz ilə işləyir. Onlar havaya daha az tüstü buraxır, qara tüstüsü və xoşagəlməz iyi olmur.








