Artıq qarşıdan yeni tədris ili gəlir. Bu səbəbdən yeni tədris ilinin sentyabrda ənənəvi qaydada başlayıb-başlamayacağı, hansı formada keçiriləcəyi barədə müxtəlif təkliflər irəli sürülür. Bəs sentyabrdan tədris ili ənənəvi qaydada başlaya bilərmi?
Mövzu ilə bağlı deputat Razi Nurullayev BiG.AZ-a açıqlama verib:
"İnanıram ki, ənənəvi tədirsə tam olaraq qayıda biləcəyik. Hazırda bizdə vaksinasiya prosesi sürətlə getdiyindən biz ənənəvi tədrisə qayıda bilərik. Düşünürəm ki, artıq sentyabr ayından xəstələrin sayı kəskin azalacaq. Dünya mətbuatında yayılan xəbərlərə əsasən, artıq bütün dünyada koronavirus xəstəliyi sentyabr ayına doğru səngiməyə başlayacaq. Bu da onu deməyə əsas verir ki, biz ənənəvi təhsilə qayıda bilərik. O zamana kimi Azərbaycanda vaksinasiya prosesi tamamlanacaq. Yəqin ki, xəstəlik 0-a düşəcək".
7News.Az








