RU
Sentyabrın 5-dək VAXTINIZ VAR
15:56
757

Sentyabrın 5-dək VAXTINIZ VAR

Təhsil Nazirliyi sentyabrın 5-dək bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək.

7News.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, bu məqsədlə 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Yeni nəşr olunmuş dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

Təhsil Nazirliyi şagirdlərə və onların valideynlərinə müraciət edərək bildirir ki, sentyabrın 5-dək aidiyyəti məktəblərdən dərslikləri əldə etsinlər./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ