RU
SEPAH Xameneinin ölümünə görə qisas alacağını bəyan edib
11:02
27

SEPAH Xameneinin ölümünə görə qisas alacağını bəyan edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Lideri Əli Xameneinin ölümü ilə bağlı qisas alacağını bəyan edib.

Bu barədə SEPAH-ın xüsusi bəyanatında bildirilib.

"İranın ali liderinin qətlinə görə qatillərdən qəti şəkildə qisas alacağıq", - deyə IRNA agentliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, İran Silahlı Qüvvələri öz liderinin yolunu davam etdirəcək və İslam Respublikasına hücum edənləri cəzalandıracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ