Tanınmamış "Abxaziya respublikası”nın "prezidenti” Aslan Bjaniya koronavirusa yoluxub.
Bu barədə onun rəsmi saytında məlumat verilib.
"Xəstəlik yüngül keçir. Aslan Bjaniya özünü yaxşı hiss edir, ambulator şəraitdə müalicə alır”,-deyə xəbərdə bildirilir.
Məlumata görə, sanitariya təlimatlarına uyğun olaraq Bjaniya özünü təcrid edib və vəzifələrini məsafədən yerinə yetirməyə davam edəcək. "Prezident” Abxaziyada -paytaxt Suxumdakı rəsmi iqamətgahındadır.
Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiyanın himayəsilə Abxaziyada separatçılar qondarma prezident seçkisi keçiriblər. Rusiya onun müstəqilliyini tanıyıb. BMT-nin Baş Assambleyasının qətnamələri Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanıyır.









