RU
Serbiya ilə əməkdaşlıq prioritetləri müzakirə olundu
20:10
807

Serbiya ilə əməkdaşlıq prioritetləri müzakirə olundu

"Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən ilə genişlənir. Bu sahədə pozitiv göstərici kimi, ötən il də iki ölkə arasında ticarət dövriyyəsində 6,3% artım qeydə alınıb”.

7NEWS.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri  Sahil Babayev Serbiyanın xarici işlər naziri və Komissiyanın Serbiya tərəfindən həmsədri  Nikola Selakoviçlə onlayn formatda görüşündə bildirib.

Serbiya ilə əlaqələrin inkişafını qeyd edən S. Babayev  hələ 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb. 

 

Azərbaycan və Serbiyanın işgüzar dairələri arasında əlaqələrin, biznes sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin də xüsusi önəm kəsb etdiyini deyib.

Görüşdə Azərbaycan və Serbiya arasında arasında gələcək əməkdaşlıq prioritetləri, Hökümətlərarası Komissiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ