Serbiyanın Novi Sad şəhərində bir evdə baş verən yanğında 4-ü uşaq olmaqla 6 nəfər ölüb.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə gedən yanğınsöndürənlər yanğını nəzarətə götürərək 2 saatlıq müdaxilədən sonra söndürməyi bacarıblar.
Polis yanan evə baxış keçirərək, 4-ü uşaq olmaqla 6 nəfərin eyni ailədən olduğunu müəyyən edib.
Serbiyanın Daxili İşlər Naziri İvitsa Daçiç verdiyi açıqlamada yanğının elektrik skuterin doldurulması nəticəsində baş verdiyini və həyatını itirənlərin cəsədlərinin yarılma üçün morqa göndərildiyini bildirib.








