RU
Serbiyada dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü qeyd edilib
00:49
708

Serbiyada dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü qeyd edilib

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının növbəti ildönümü sentyabrın 18-də Serbiyada qeyd edilib. Tədbirdə ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi, bu ölkədə yaşayan həmvətənlərimiz, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları Novi Sad şəhərində, Dunay çayının sahilində inşa edilmiş Üzeyir Hacıbəyli Memorialını ziyarət edərək dahi bəstəkarın xatirəsini ehtiramla yad edib, abidəsi önünə tər çiçəklər düzüblər.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ