Serbiyanın paytaxtı Belqradda iki qruplaşma arasındakı münaqişə nəticəsində güllə yarası alan azərbaycanlı sabiq klub prezidenti Yaşar Rüstəmov artıq xəstəxanadan evə buraxılıb.
7News.az bildirir ki, bu barədə açıqlamasında Y.Rüstəmovun özü məlumat verib.
Artıq fəaliyyətini dayandırmış klubun keçmiş rəhbəri hazırda Belqradda olduğunu bildirib. O, Bakıya nə vaxt qayıdacağını bilmədiyini söyləyib.
Y.Rüstəmov deyib ki, hadisənin hansı səbəbdən baş verdiyini hələ də anlamır: "Xahiş edirəm, hadisə barədə sual verməyin. Çünkü ürəkaçan bir şey olmayıb. Siz də mediada yazanda yaxınlar lap pis olurlar. Yaxın adamlarda məlumat var. Məncə, çox ağartmaq lazım deyil. Bir az dincəlmək istəyirəm. Qısaca onu deyim ki, davanın niyə baş verdiyini anlaya bilmirik. Şükür olsun, bu günə qədər düşmənimiz olmayıb. Bu, bir anlaşılmazlıqdır. Dalaşdığımız adamları tanımıram. Əsas odur ki, salamatlıqdır".








