Türkiyə superliqa təmsilçisi "Qaziantepspor"un baş məşqçisi Sərgən Yalçın vəzifəsindən gedib.
7News.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə 43 yaşlı mütəxəssisin özü məlumat verib.
Mövsümün sonuna 3 tur qalmış Qaziantep təmsilçisinin baş məşqçi vəzifəsinə gətirilən Sərgən komandanı superliqada saxlamağı bacarıb.
Son turda evdə "Antalyaspor"a 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra açıqlama verən Sərgən Yalçın bunları deyib: "Klubla anlaşmam 3 oyunluq idi. Futbolçularıma təşəkkür edirəm. Üç görüşdə yaxşı oyun sərgilədilər. Bu matçdan sonra müqaviləm başa çatdı. İstanbula qayıdıram".
Qeyd edək ki, "Qaziantepspor" 2015/2016 mövsümünü 36 xalla 14-cü pillədə başa vurub.








