RU
Sergey Şoyqu:
00:14
448

Sergey Şoyqu: "İŞİD-in "qara bazar"a gündəlik 60 min ton neft çıxarmasının qarşısı alınıb"

"Rusiyanın Hərbi Kosmik Qüvvələrinin əsas məqsədi İŞİD-in Suriyadakı maliyyə-iqtisadi bazasını sarsıtmaqdır".

Bu barədə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
S.Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə raportunda bildirib ki, İŞİD-in neft emalı ilə məşğul olan 15 obyekti və 525 avtosisterni məhv edilib.
Onun sözlərinə görə, gündəlik 60 min ton neftin "qara bazar"a çıxarılmasının qarşısı alınıb və terorçular gündəlik 1.5 milyon dollar gəlirdən məhrum edilib./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ