RU
Sergey Şoyqu Ukraynanın Rusiya ərazisinə PUA hücumuna münasibət bildirib
16:40
117

Sergey Şoyqu Ukraynanın Rusiya ərazisinə PUA hücumuna münasibət bildirib

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukrayna ordusunun Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə (PUA) hücumlarına münasibət bildirib.

O, bunu Ukraynanın əks-hücum əməliyyatlarının uğursuzluğu kimi qiymətləndirib.

"Ukrayna Silahlı Qüvvələrinin uğursuz "əks-hücum”u fonunda Kiyev diqqətini Rusiyanın mülki infrastrukturuna terror hücumlarına yönəldib”, - nazir söyləyib.

S.Şoyqu bildirib ki, Ukrayna bu hücumları Qərbin dəstəyi ilə həyata keçirir.

Qeyd edək ki, son zamanlar Moskvaya PUA hücumları artıb. Sonuncu belə hücum iyulun 28-də olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ