Rusiyanın Moskva vilayətinin Serqiyev Posad şəhərindəki anbarda baş verən partlayışda 60 nəfərin yaralandığı, 8 nəfərin itkin düşdüyü bildirilib.
7NEWS.az xəbər verir ki, Sergiyev Posad şəhərinin meri Dmitri Akulov öz Telegram kanalında açıqlama verib: "Hazırda 60 yaralı var, 8 nəfər hələ də itkindir. Dağıntıların çıxarılması işləri davam edir. Ölənlər tapılmayıb. Rayon xəstəxanasının reanimasiya şöbəsində qadın dünyasını dəyişib”.
7NEWS.az








