RU
Sərhədçilər poçt göyərçini “saxladılar” - Baş nazirə məktub
10:05
547

Sərhədçilər poçt göyərçini “saxladılar” - Baş nazirə məktub

Hindistan sərhədçiləri Pəncab ştatında Pakistandan uçub gələn və üzərində hərbi ismarıc daşıyan göyərçin saxlayıblar.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, göyəçinin üzərində Hindistan baş naziri Narendre Modiyə ünvanlanan məktub olub. Məktubda "Hörmətli Modi, düşünmə ki, biz 1971-ci illərdəki (Hindistan-Pakistan müharibəsi-red.) insanlarıq. İndi hər bir uşaq Hindistana qarşı müharibə aparmağa hazırdır” sözləri yazılıb.

Yerli mətbuatın yazdığına görə, bu, Pakistandan gələn ilk belə ismarıc deyil. Daha əvvəl də hava şarları vasitəsilə analoji məzmunlu məktublar göndərilib.

Xatırladaq ki, iki ölkə arasındakı gərginlik son olaraq sentyabrın 29-da Kəşmir nəzarət xəttində baş verən insidentdən sonra başlayıb. Hindistan antiterror əməliyyatı keçirdiyini və Pakistanın nəzarəti altındakı ərazilərdə məskunlaşan terrorçuların bazalarına zərbə endirdiyini açıqlamışdı. İki hərbçisini itirən Pakistan isə bunun adi sərhəd atışması olduğunu iddia etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ