RU
Sərhəddə 40 min siqaret aşkarlandı
11:11
1140

Sərhəddə 40 min siqaret aşkarlandı

Qaçaqmalçılığın qarşısı alınıb.

Azərbaycan gömrükçüləri külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən 7News.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit” markalı 20-DR-224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib. 

Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40 min ədəd siqaret aşkar edilərək götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ