Almaniya kansleri Angela Merkel və avropa ittifaqının yüksək vəzifəli rəsmiləri Türkiyə-Suriya sərhədinə səfər etməklə, Ankara ilə Brüssel arasında əldə olunan miqrant sazişinə dəstək verəcək.
7News.Az xarici mediaya istinadən bildirir ki, Türkiyə hökuməti avropa ittifaqının anlaşmanın şərtlərinə əməl etməyəcəyi təqdirdə sazişin iflasa uğrayacağını bəyan etmişdi. Şərtlərdən biri də türklərin avropa ölkələrinə vizasız səfər etməsinə icaz verilməsi idi. Qaziantəp şəhərindəki miqrant düşərgəsində Merkellə baş nazir Əhməd Davudoğlu arasında görüş planlaşdırılıb. Görüşdə Avropa şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının vitse-prezidenti Fransa Timmermans da iştirak edəcək. Türkiyə ilə avropa ittifaqı arasında əldə olunan razılığa əsasən kvalifikasiyadan keçməyən suriyalı qaçqınlar Türkiyəyə qaytarılacaq, bunun müqabilində Türkiyə vətəndaşlarına qarşı viza rejimi ləğv olunacaq.
7News.Az








