RU
Sərhəddən narkotik keçirən şəxs həbs olundu
12:00
431

Sərhəddən narkotik keçirən şəxs həbs olundu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları sintetik narkotik vasitənin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən 7news.Az-a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysi ilə gələn İran vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və onun çantası yoxlanılıb.

Yoxlama zamanı çantada olan siqaret qutusunun içərisindəki 7 ədəd siqaretin tütünü boşaldılıb və tütünün arasında 7 həb qırıntısı aşkar edilib. Qırıntılar birləşdirildikdə, onların üzərində "M 40” yazılmış cəmi 3 ədəd həbdən ibarət olduğu müəyyən edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan 7 həb qırıntısı sintetik narkotik vasitə - metadon dərman preparatıdır və onun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ