RU
Sərhədyanı rayonlar minalardan təmizlənəcək
11:00
417

Sərhədyanı rayonlar minalardan təmizlənəcək

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) arasında Anlaşma Memorandumu imzalanacaq.

7News.az bildirir ki, layihəyə əsasən, Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin mina və PHS-lərdən təmizlənməsi nəzərdə tutulur. Layihə sentyabr ayının ikinci yarısında başlayacaq və 2017-ci ilin mart ayında tamamlanacaq./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ