RU
Serialdakı təcavüz səhnəsi ilə bağlı QALMAQAL: Şiddət, vəhşilik...
17:30
572

Serialdakı təcavüz səhnəsi ilə bağlı QALMAQAL: Şiddət, vəhşilik...

İngiltərənin BBC televiziyasında yayımlanan - baş rollarda Emili Vatson və Ben Çaplinin yer aldığı "Apple Tree Yard" serialındakı təcavüz səhnəsi mübahisəyə yol açıb.

7News.az xəbər verir ki, Luis Duaytın romanı əsasında çəkilən filmdə Emili Vatsonun canlandırdığı "İvon Karmiçel" "Corc Selvey" tərəfindən təcavüzə uğrayır. "Corc Selvey" obrazını canlandıran Steven Elder: "Bu səhnəni daha yaxşı oynaya bilərdim", - deyərək, özünü günahlandırıb. Aktyor müzakirələrə səbəb olan səhnəyə hazırlanmaq üçün bir internet səhifəsində xeyli vaxt keçirdiyini də sözlərinə əlavə edib.

Aktrisa Emili Vatsonu "təəccübləndirəcək dərəcədə cəsur" olaraq xarakterizə edən Elder: "Bir az dəli olursunuz, özünüzə qudurmaq üçün icazə verirsiniz. Lakin rol yoldaşınıza qarşı məsuliyyət daşıdığınızı unutmursunuz. Yataq səhnəsi çəkilişləri əsnasında "nəzarət" deyilən düşüncəni ağılınızın bir küncündə saxlayırsınız. "Kontrol" anlayışı obrazı canlandırmağı tarazlayan əsl ünsürdür. Tamaşaçıların səhnəni izlədikdə şok olacaqlarını təxmin edirdim. Təcavüz səhnəsi məsuliyyətli şəkildə çəkildi. Olması lazım olduğu kimi çirkin, vəhşi və fiziki şiddət məzmunlu olaraq əks etdirildi", -deyib.//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ