Türkiyənin Muğla vilayətinin Seydikemer qəsəbəsində sərinləmək üçün gölə girən 35 yaşlı Şahin Külür faciəvi şəkildə ölüb.
7News.Az İHA-ya istinadən xəbər verir ki, gölə girdikdən bir müddət sonra Külürün suyun altında hərəkətsiz olduğunu görən dostları xilasediciləri çağırıblar.
Dalğıclar tərəfindən suyun altından çıxarılan Külürün evli və 2 uşaq atası olduğu məlum olub.


7News.Az








