Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən verilən məlumatda bildirilir.
Oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan,"AQS-17″ tipli avtomatik qumbaraatanlardanvə iriçaplı pulemyotlardan atəşə tutub. Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
Əslində apreldə Azərbaycan Ordusunun cəbhəboyu ərazidə həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra əldə olunan atəşkəsin nisbi xarakter daşıyacağı əvvəlcədən bəlli idi.
Həmin vaxt Ermənistan məcburi qaydada masaya oturmuşdu və münaqişənin həlli ilə bağlı verdiyi bütün sözlər gərginliyi azaltmaq xarakteri daşıyırdı.
Əməliyyatları davam etdirmək və əraziləri işğaldan azad etmək istəyimiz isə böyük dövlətlərin maraqlarına xidmət etmədiyindən, təzyiqi artıra bilmədik.
Amma Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Rusiya prezidenti Vladimir Putinin qarşısında kompromisə gedəcəyinə dair söz vermişdi.
Ermənistanın atəşkəsi pozma hallarını artırması da bunun məntiqi davamıdır. Bu, həm də prezidentlərin görüş tarixini uzatmaq məqsədi daşıyır.
Əlbəttə, iki ölkənin xarici işlər nazirlərinin yaxın vaxtlarda nəzərdə tutulan görüşündən sonra prezidentlərin görüşü məsələsinə aydınlıq gələcək.
Ancaq artıq birmənalı demək olar ki, Serj Sarkisyan işğal etdikləri 7 rayonun qaytarılmasına və azərbaycanlıların Dağlıq Qarabağ ərazisində yaşayış məntəqələrinə qayıtmasına razı deyil./politika.az
7News.Az








